"Twitter"da heç kimi izləməyəcək!

4 Dekabr 2012 16:07 (UTC+04:00)
Movqe.az xəbər verir ki, katolik dünyasının ruhani lideri Papa 16-cı Benediktus "Twitter"da özünə bir hesab açdırıb. Papa, ilk mesajını isə 12 dekabrda yazacaq. İndidən 40 min izləyəni olan Papanın, qalmaqal yaşanmaması üçün "Twitter"da heç kimi izləməyəcəyi açıqlanıb. Dünya daxilində 1,1 milyardlıq əhaliyə sahib olan Katoliklər, artıq Papaya daha yaxındır. Papa istifadəçi sayı 500 milyonu keçən "Twitter"da açılan "Pontifex" adlı hesabını ilk olaraq 12 dekabrda tvitləyəcək. Hələ də rəqəmsal texnologiya yerinə kağız-qələmdən istifadə edən Papa, "Twitter" hesabında dinlə bağlı yazacaq. İndidən 40 minə yaxın izləyəni olan Papanın bu cəhdinin, Kilsənin də rəqəmsal mühitdə iştirak etməsinin lazımlılığından qaynaqlandığı vurğulanıb. Papanın mesajları ingilis dilindən başqa Fransız, Portuqal, İspan, İtalyan, Polyak, Alman və Ərəbcə olaraq tərəfdarlarına çatacaq.