Türkiyədə işğal edilmiş Dağlıq Qarabağda ermənilərə təlim keçmiş yaraqlılar məhv edilib

11 Aprel 2016 12:20 (UTC+04:00)

Türkiyənin cənub-şərqində keçirilmiş xüsusi əməliyyat nəticəsində 7 snayper məhv edilib. Türkiyənin xüsusi xidmət orqanlarının məlumatına görə, onlar Azərbaycanın işğal edimiş ərazilərində Azərbaycan Silahlı Qüvvələrinə qarşı hərbi əməliyyatlarda iştirak ediblər.Bu barədə Movqe.az "TGRThaber" telekanalına istinadən məlumat verir.Onlar, həmçinin Dağlıq Qarabağda erməni qanunsuz silahlı qruplaşmalarına təlim keçiblər.Məhv edilmiş yaraqlıların ASALA erməni terror təşkilatı ilə bağlı sıx əlaqələrinin olduğu bildirilir.