Təyyarədə ilan sancdı

4 Dekabr 2012 17:02 (UTC+04:00)
Movqe.Az bildirir ki, Misir Hava Yollarının paytaxt Qahirədən Küveytə gedən sərnişin təyyarəsində baş verən ilan hadisəsi təyyarənin məcburi eniş etməsinə səbəb olub. Misir Hava Yolları, Qahirədən Küveytə gedən 610 səfər saylı təyyarənin işçi qrupunun, təyyarənin hərəkət etmə zamanı  kuveytli bir sərnişinin qışqırığı ilə çaşdığını, sonra da sərnişini ilanın sancdığını anladıqlarını" bildirib. İlanın təyyarədəki təhlükəsizlik qrupu tərəfindən təsirsiz hala gətirildiyi və pilotun Misirin cənub-şərqindəki "Gırdaka" hava limanına təcili eniş üçün icazə istədiyi bildirilib. İlanın sancdığı kuveytli sərnişin müalicə üçün "Gırdaka" hava limanına aparılıb. İlanın təyyarəyə necə girdiyi ilə bağlı isə məlumat verilməyib.