Çindən Azərbaycana məişətdə istifadə olunan 50 ədəd nəqliyyat vasitəsi gətirilib (FOTO)

11 Aprel 2016 13:26 (UTC+04:00)

Çin Xalq Respublikasından Azərbaycana məişətdə istifadə olunan 50 ədəd nəqliyyat vasitəsi gətirilib."Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Movqe.az-a verdiyi məlumata görə, Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası Hökuməti arasında imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişləri çərçivəsində, Çin Xalq Respublikası Hökuməti tərəfindən ayrılmış texniki yardım hesabına, Azərbaycana 50 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi gətitilib.Onların arasında məişət tullantıları daşıyan ortatutumlu, çirkab suları soran (assenizator), sudaşıyan, küçəsüpürən kommunal təyinatlı nəqliyyat vasitələri daxildir. Nəqliyyat vasitələri "China Civil Engneering Construction Corporation" şirkətinin istehsalıdır.Bu gün Çin Xalq Respublikasından Azərbaycana gətirilmiş nəqliyyat vasitələrinə Biləcəri stansiyasında baxış keçirilib.Tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin, "Azərbaycan Dəmir Yolları" QSC-nin, "Azəravtoyol" Dövlət Şirkətinin və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər.Tədbirdə çıxış edənlər Azərbaycanla Çin arasında qarşılıqlı əlaqələrin inkişaf etməsindən məmnun qaldıqlarını bildiriblər.