Uşaqların peyvəndlənməsinə başlanılacaq

11 Aprel 2016 13:16 (UTC+04:00)

Aprelin 25-dən etibarən Azərbaycanda immunlaşdırma həftəsi keçiriləcək. Bu barədə Movqe.az-a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva məlumat verib. A. Əliyeva bildirib ki, immunlaşdırma həftəsinin keçirilməsində məqsəd uşaqlarda qızılca və məxmərəyə qarşı immun sisteminin gücləndirilməsidir. A. Əliyeva immunlaşdırma həftəsinə səhiyyə nazirinin müvafiq qərarından sonra başlanılacağını söyləyib. Onun sözlərinə görə, bu tədbirlər çərçivəsində tək-tək peyvənddən kənar qalan uşaqlar da vaksinasiya edilir.