Şəhid pilotlar və polkovnik-leytenant Murad Mirzəyev II Şəhidlər xiyabanında torpağa tapşırılıb

11 Aprel 2016 13:55 (UTC+04:00)

Şəhid pilotlar - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyev dəfn olunublar.Movqe.az-ın məlumatına görə, qəhrəman hərbçilər II Şəhidlər xiyabanında torpağa tapşırılıblar.Dəfn mərasimində şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, müdafiə naziri Zakir Həsənov, Baş Qərargah rəisi Nəcməddin Sadıqov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, respublikanın hərbi prokuroru Xanlar Vəliyev, deputatlar, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.Şəhidlərin ruhuna dualar oxunub, yaylım atəşi açılıb, Azərbaycanın dövlət himni səsləndirilib.Şəhidlərin tabutu bükülmüş bayraq yaxınlarına verilib.Dəfn zamanı "Şəhidlər ölməz, vətən bölünməz" şüarı səsləndirilib.(apa)