Gəncədə ev yanıb

11 Aprel 2016 16:00 (UTC+04:00)

Gəncədə yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) Movqe.az-a verilən məlumata görə, şəhərin Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan 3 otaqlı mənzilin bir otağında yataq dəsti yanıb. Hadisə yerinə dərhal FHN qüvvələri cəlb edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın saat 11:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.