Parisdə ermənilərlə qarşıdurma- saxlanılanlar var

11 Aprel 2016 14:40 (UTC+04:00)

Parisdə Azərbaycan Evinin təşkilatçılığı ilə Ermənistan səfirliyinin önündə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində təmas xətti yaxıinlığında yerləşən yaşayış məntəqlərindəki mülki əhalini hədəf alan son hərbi təxribatlarına etiraz məqsədilə aksiya keçirilib.Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə baş tutan etiraz aksiyasında Nant şəhərində fəaliyyət göstərən Azərbaycan-Fransa mədəniyyət (ACAF) təşkilatının üzvləri, Tur, Bezanson, Dol, Lion, Miluz, Paris ətrafı şəhərlərindən azərbaycanlı və türk diaspor təşkilatlarının 200-dən çox nümayəndəsi iştirak etmişdir.Azərbaycan Respublikasının himni ilə başlan aksiya Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyevanın, Avropa-Azərbaycan cəmiyyətinin direktoru Lionel Zetterin, Nant şəhərindəki Azərbaycan-Fransa mədəniyyət təşkitının sədri Toğrul Zeynalovun və Azərbaycan diasporunun digər fəallarının çıxışı ilə davam etmişdir. Çıxışlarda Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini və beynəlxalq hüquq normalarını pozması, təmas xətti yaxınlığında dinc əhalini hədəf alan təxribatları pislənmiş, Ermənistan silahlı qüvvələrinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əməl edərək Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxarılması tələb edilmişdir. Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva Fransa hökumətinə və ölkə ictimaiyyətinə ünvanlanan müraciətin mətnini oxumuşdur.Azərbaycan icmasının bu sülhpərvər aksiyası zamanı Fransada fəaliyyət göstərən radikal erməni qrupu, Daşnak partiyasının gənclər qanadı olan Nor Serund təşkilatının 15 nəfərə qədər üzvü əllərində terrorçu təşkilatlar olan ASALA və PKK-nın bayraqlarını tutaraq aksiya yerinə gəlmiş, aksiya iştirakçılarına qarşı zor tətbiq edərək, onların üzərinə daşlar, şüşə və gözyaşardıcı maddələr atmış, bir neçə aksiya iştirakçısına xəsarət yetirmişlər. Yaranmış vəziyyətə hüquq-mühafizə orqanlarının nümayəndələri müdaxilə etmiş və hücum edənlərin bir qrupu polis tərəfindən saxlanılmışdır.Ermənilərin təxribatına baxmayaraq, aksiya davam etdirilmiş və tədbirin sonunda aksiya iştirakçılarının bəyanatı Ermənistan səfirliyinin poçt qutusuna atılmışdır.