İraq neft hasilatını rekord həddə çatdırıb

11 Aprel 2016 14:50 (UTC+04:00)

İraq mart ayında neftin hasilatını rekord həddinə çatdırıb.


Movqe.az Bloomberg-ə istinadən xəbər verir ki, ötən ay sutkada 4,55 milyon barrel neft istehsal edilib.


Fevral ayı ərzində isə İraqda sutkada 4,46 milyon barrel neft hasil edilib.


Mart ayında İraq 3,81 milyon, fevral ayında isə 3,23 milyon barrel sutkada neft ixrac edib.


OPEK ölkələri sırasında İraq neftin istehsalına görə ikinci yerdədir.