Universitet kollektivi Şəhidin yas mərasiminə qatılıb

11 Aprel 2016 16:45 (UTC+04:00)

ADNSU-nun Şəhidlərin xatirəsini anım tədbirləri davam edir. Universitet rəhbərliyinin təşəbbüsü və iştirakı ilə aprelin 10-da bir qrup tələbə və müəllim Şəmkir rayonuna səfər edərək, tələbəmiz Pərviz Yusifovun qardaşı Şəhid polkovnik Vüqar Yusifovun 3 mərasimində iştirak edblər. Energetika fakültəsinin müəllim və tələbələri , o cümlədən Ümumi işlər üzrə prorektor Fazil Mustafayev, Energetika fakültəsinin kafedra müdirləri və bir qrup tələbə Şəhid Vüqar Yusifovun valideynləri, qardaşı ilə görüşərək universitetin maddi və mənəvi dəstəyini çatdırıblar. Aprelin 2-5-də təmas xəttində baş verən erməni təxribatına layiqli cavab verərkən şəhadət qazanan Şəhidimizin xatirəsi kollektivimiz tərəfindən hörmət və ehtiramla yad edilib. Şəhidin evini, valideynlərini, məzarını ziyarət edən ziyarətçilərimiz Allahdan Şəhidimizə rəhmət diləyib, ruhuna dualar oxuyub, valideynlərinə səbr diləyiblər. Allah bütün Şəhidlərimizə rəhmət eləsin!