İsveçrə XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün dialoq lazımdır

11 Aprel 2016 15:06 (UTC+04:00)

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün dialoq lazımdır.


Movqe.az-ın məlumatına görə, bunu İsveçrənin xarici işlər naziri Didye Burkhalter Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib.


Nazir hesab edir ki, bu məsələnin həllini tapmaq üçün dialoq və danışıqlar prosesi lazımdır: "Bu proses hələ qurulmayıb və onunla məşğul olmaq lazımdır".