Azərbaycanlı ağırlıqqaldıran Avropa çempionatında hərbi salam verib

11 Aprel 2016 17:07 (UTC+04:00)

Norveçin Fyorde şəhərində ağırlıqqaldırma üzrə kişilər və qadınlar arasında Avropa çempionatı start götürüb.Movqe.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan milli komandasının üzvlərindən Elmar Alıyev medal qazanıb. 56 kq çəki dərəcəsində yarışan Alıyev birdən qaldırmada üç yanaşmadan cəmi birini ram edərək, 102 kq-la 8-ci olub. Təkanla qaldırma hərəkətində isə o, əvvəlcə 130 kq, sonra 133 kq, sonda isə 136 kq-ın öhdəsindən gəlib. Bununla da azərbaycanlı ağırlıqqaldıran təkanla qaldırma hərəkətində Avropa çempionatının bürünc medalına sahib çıxıb.Toplamda 238 kq (102+136) nəticə göstərən Alıyev ümumi sıralamada 7-ci yeri tutub. Alıyev təkanla qaldırma hərəkətində 136 kq çəkini uğurla ram edəndən sonra hərbi salam verib. Beləliklə,o, cəbhə xəttindəki döyüşlərdə həlak olan şəhidlərimizin ruhunu yad edib, onlara hörmət və sayğısını göstərib.Qeyd edək ki, Elmar Alıyev Mərkəzi Ordu İdman Klubunun üzvüdür. (goal.az)