Ata evdən qaçmış 17 yaşlı qızını axtarır

11 Aprel 2016 23:30 (UTC+04:00)

Bakıda 17 yaşlı qız itkin düşüb.Movqe.az lent.az-a istinadən bildirir ki, 102 xidmətinə müraciət edən Xətai rayon sakini İlham Şahbabayev (adlar şərtidir) deyib ki, onunla eyni ünvanda yaşayan 17 yaşlı qızı Nargilə aprelin 8-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Ata qızının xarakterik əlamətlərini və fotosunu polisə təqdim edib.Məsələ ilə aidiyyatı üzrə 36-cı Polis Bölməsi məşğul olur.