ARDNŞ qiymətli kağızlar bazarında dönüş edəcək
4 Dekabr 2012 17:18 (UTC+04:00)
Məlumat verildyi kimi gələn ildən Azərbaycan ölkə daxilində
korporativ istiqrazlar buraxmağı planlaşdırır.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib ki, bu
istiqrazlar 500 milyon manat civarında olacaq.
Onun sözlərinə görə, vəsait "Ümid" yatağı və yeni neft-qaz
struktrlarının inkişafına yönldiləcək: "Avrobontlar çox gözəl
nəticə verdi. Ona görə də iqtisadi xidmətlərə ölkə daxili qiymətli
kağızlar bazarını canlandırmaq üçün korporativ istiqrazlar buraxmaq
üçün göstəriş verilib. Layihə 5 il müddətində nəzərdə tutulub".
Bəs ARDNŞ-in bu addımı Azərbaycanın qiymətli kağızlar bazarına nə
vəd edir?
Məsələ ilə bağlı Mövqe. Az saytına açıqlama verən iqtisadçı ekspert
Natiq Cəfərli bu addımın ölkənin iqtisadi vəziyyətinin canlanmasına
şərait yarada biləcəyini qeyd edib: "Çox güman ki, ARDNŞ kimi iri
bir şirkətin bu addımı atması qiymətli kağızlar bazarının
canlandırılmasına hesablanmış bir addımdır. Qiymətli kağızlar
bazarı ümumiyyətlə, hər hansı bir ölkənin əsas iqtisadi
indikatorlarından biridir. Bu bazarın inkişafı ölkənin ümumi
iqtisadi vəziyyətinin canlanmasına şərait yaradacaq. Ancaq mənə
maraqlı gələn məsələ ondan ibarətdir ki, Azərbaycan Dövlət Neft
Şirkəti 100 % dövlətə məxsus bir şirkətdir. Onun qiymətli
kağızlarının bazara buraxılması hansı əsaslarla olacaq? Bu
əsasnamədə hansı dəyişikliklər olacaq? Çox təəssüf ki, bu barədə
məlumatlar verilməyib. Bu da açıqlansa, daha maraqlı olardı. Bütün
bu suallar ARDNŞ-in qərarı ilə birlikdə doğur. Mən ümid edirəm ki,
gələcək açıqlamalarda bu məsələlərə də aydınlıq gətiriləcək".