İrandan Amerikaya yeni zərbə

4 Dekabr 2012 18:23 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İran Radio Televiziya Təşkilatı (IRIB), Bəsrə Körfəzi bölgəsində İran hava hüdudunu pozan insansız və silahsız bir ABŞ təyyarəsinin ələ keçirildiyini iddia edib. İnqilab nəzarətçilərindən asılı havadan müdafiə etmə və nəzarət sistemləri tərəfindən təyin olunaraq ələ keçirilən cəsus təyyarəsinin ''Scan Eagle'' modelində olduğu qeyd edilib. Bir neçə gün əvvəl ələ keçirildiyi ifadə edilən təyyarənin, kəşfiyyat məlumatı yığmaq üçün İran hava sahəsinə girdiyi deyilib. '' Scan Eagle'' model kiçik təyyarələrin, körfəzdəki ABŞ təyyarə gəmilərindən havaya qalxdığı bildirilib.