Suriyada Rusiya helikopteri qəzaya uğrayıb, 2 pilot ölüb

12 Aprel 2016 12:17 (UTC+04:00)

Suriyanın Homs rayonu ərazisində Rusiya Silahlı Qüvvələrinə məxsus "Mi-28H" helikopteri qəzaya uğrayıb.

 

Movqe.az-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

 

"Hadisə zamanı 2 ekipaj üzvü həlak olub. Axtarış-xilasetmə işləri nəticəsində pilotların cəsədləri götürülüb və hazırda Hmeymimdəki aviabazada saxlanılır", - deyə məlumatda bildirilir.