Bakıda silahlı insident olub

12 Aprel 2016 12:23 (UTC+04:00)

Bakıda silahlı insident baş verib. Movqe.az xəbər verir ki, Daxili işlər Nazirliyindən trend-ə verilən məlumata görə, aprelin 11-də Binəqədi rayonunun Cavadxan küçəsində, şəxsiyyəti məlum olmayan 2 nəfər həmin ərazidə kirayədə yaşayan Bərdə rayon sakini Hüseyn Qasımovun istiqamətində avtomat silahdan bir neçə dəfə atəş açıb. Nəticədə daban nahiyyəsindən güllə yarası almış H.Qasımova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.Binəqədi RPİ 7-ci PB əməkdaşaları tərəfindən hadisə yerindən 10 ədəd 7,62 çaplı giliz götürülüb.Faktla əlaqədar cinayət işi başlanıb. Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.