Bu da tabut müalicəsi!

4 Dekabr 2012 17:36 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Ukraynada tabut istehsal edən firma potensial müştərilərinin diqqətini çəkmək üçün fərqli bir üsula müraciət edib. Firma sahibləri qeyri-adi bir "istirahət" axtarışı içində olanlar üçün "tabut terapiyası" adını verdikləri bir xidmət başladıb. Ukraynanın Truskavets şəhərində tabut istehsal edən bir firma xüsusi tabutlarını satışa çıxarmaq üçün qeyri-adi bir üsul seçib. Müştərilər işdən sonra mağazaya gələrək seçdikləri tabutlarda dərin və gözəl bir yuxu yatırlar. Firma sahibləri bu üsula "tabut müalicəsi" adını verib. "Huffington Post"un xəbərinə görə bu təcrübəni yaşamaq istəyən müştərilər istəsələr yatarkən tabutun qapağını da qaldıra bilərlər.