Azərbaycan gömrükçüləri külli miqdarda siqaret müsadirə edib

12 Aprel 2016 12:47 (UTC+04:00)

Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin  qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Movqe.az-a  verilən məlumata görə, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə "Sınıq Körpü" gömrük postunda baxış keçirilib. Yoxlama zamanı avtomobildən 12 min ədəd xarici markalı siqaretlər aşkar edilib.Faktla bağlı araşdırma aparılır.