"Eurovision" təmsilçimiz qırmızı xalçada

12 Aprel 2016 16:00 (UTC+04:00)

İsveçdə baş tutacaq "Eurovision" mahnı müsabiqəsinin artıq partiləri start götürüb.


Movqe.az-ın məlumatına görə, təmsilçimiz Səmra Rəhimli Moskvada və Təl-Əvivdə baş tutmuş partilərdə qırmızı xalça üzərində görünüb. O, digər iştirakçılarla foto çəkdirib və telekanallara müsahibələr veribş


Qeyd edək ki, "Eurovision 2016" İsveçin paytaxtı Stokholmda baş tutacaq. Mayın 10-dan 14-nə kimi keçiriləcək müsabiqədə ölkəmizi Səmra "Miracle" mahnısını ifa edəcək.(axşam.az)