Niyam türkiyəli müğənni ilə Avropanı gəzəcək

12 Aprel 2016 17:00 (UTC+04:00)

Müğənni Niyam Salami türkiyəli həmkarı Cansevərlə işbirliyinə başlayıb. 


Movqe.az-ın məlumatına görə, sənətçi bu haqda "Star life" verilişində deyib. O, Cansevərlə uzun müddətdir dostluq etdiyini söyləyib:


"Onunla mesajlaşır, tez-tez danışırıq. Mənə təklif etdi ki, birlikdə konsert verək. Türkiyədə, Azərbaycanda və Avropada onun konsertlərində mən də yer alacam. Repertuarıma bir çox mahnılar daxil edəcəm. Eyni zamanda da italyan dilində bəstələ və öz xalq mahnılarımızı hazırlayacam". 


Cansevər isə azərbaycanlı təşkilatçılara səslənib:


"Niyamla qərar verdik, həm Avropada, həm Türkiyədə, həm də Azərbaycanda birlikdə sevənlərimizin qarşısına çıxacağıq. Buradan azərbaycanlı təşkilatçılara da səslənirəm, orada konsert vermək istəyirəm".(axşam.az)