Facebook mesajına görə işdən qovuldu

4 Dekabr 2012 18:26 (UTC+04:00)
Movqe.Az bildirir ki, Honq Konqda bir hava yolu şirkətində işləyən stüardessa, keçən həftə "Facebook" hesabında keçmiş Baş Nazir Taksin Şinauatradan heç xoşu gəlmədiyi üçün, təyyarədə Şinauatranın qızı Paetonqtarn Şinauatranın üzərinə qəhvə tökmək istədiyini yazıb. Stüardessa, qızın oturduğu nömrəsi şəkilini də çəkərək paylaşıb. Bunun nəticəsində şirkət, sərnişinlərə aid xüsusi məlumatların paylaşılmasının şirkətə zidd olması səbəbi ilə həmin stüardessanın artıq özləriylə işləmədiyini açıqlayıb. Stüardessa da "Facebook" hesabında istefa etdiyini bildirib.