Cəbhədə məhv edilən 7 erməni hərbçinin və bir polkovnikin adı açıqlanıb - SİYAHI - FOTO

12 Aprel 2016 14:52 (UTC+04:00)

Ermənistan Müdafiə Nazirliyi Azərbyacanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində təmas xəttində aprelin 2-5-ində atəşkəsin pozulması nəticəsində Azərbaycan əsgərləri tərəfindən zərərsizləşdirilən daha 7 hərbçisinin adını açıqlayıb.


Movqe.az report-a istinadən bildirir ki, bu ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovanisyan özünün facebook səhifəsində onların adlarını yazıb: polkovnik Aleksan Arakelyan (1982-ci ildə anadan olub), çavuş Adam Saakyan (1996), sıravlər - Norik Sarqsyan (1996), Boris Ozmanyan (1996), Jora Yesayan (1996), Azat Simonyan (1996), Artur Gevorkyan (1997).


Qeyd edək ki, mətbuat katibi aprelin 8-də təmas xəttində 44 hərbçisinin öldüyü barədə məlumat yaymışdı.


Ekspertlərin fikrincə, Ermənistan Müdafiə Nazirliyi itkilərinin dəqiq sayını ölkə ictimaiyyətindən gizlətmək üçün onların tam sayını və adlarını açıqlamır. Erməni tərəfi onların adlarını vaxtı uzatmaqla açıqlayır.