Ukrayna Radasında bomba həyəcanı

12 Aprel 2016 15:06 (UTC+04:00)

Ukraynada parlament binasına bomba qoyulması barədə məlumat yayılıb.


Movqe.az "sputniknews"a istinadən xəbər verir ki, dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər, insanlar binadan təxliyə ediliblər.


Məsələ ilə bağlı araşdırma aparılır.


Qeyd edək ki, bu gün parlament binasında Ukraynanın baş naziri Arseni Yatsenyukun istefasının müzakirə olunması planlaşdırılırdı.