Belə nənə görməmisiniz

4 Dekabr 2012 19:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, 60 yaşlı Enn MakDonald, həm saçlarında saçqıran olduğu, həm də tiroit problemi yaşadığı üçün üç il ərzində bütün saçlarını itirib. Davamlı olaraq parik taxmaqdan bezən 3 nəvə sahibi nənə də çarəni bəyəndiyi bir motivi başına döymə etdirməkdə tapıb. 12 saatlıq ağrılı bir işin məhsulu olan döymənin həyatını dəyişdirdiyini söyləyən nənə, yeni görünüşündən çox xoşbəxt olduğunu da sözlərinə əlavə edib.