Azərbaycanda zorakılıq cinayətlərinin sayı iki dəfə artıb

12 Aprel 2016 15:40 (UTC+04:00)

Azərbaycanda son illər ailə-məişət zorakılıqlarının, zorakılıq cinayətlərinin sayı iki dəfə artıb.Movqe.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Elmira Axundova Milli Məclisin komitəsinin bu gün keçirilən iclasında "Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib."Belə cinayətlərin sayının artmasını Əfv Komissiyasının üzvü olan daxili işlər naziri Ramil Usubov da, baş prokuror Zakir Qaralov da təsdiq edib. Bildiyiniz kimi, bir müddət öncə Ağstafa rayonunda dəhşətli cinayət hadisəsi baş verdi. Qəddar ata öz övladını, oğlunu döyərək öldürdü. Bu acı xəbəri də birinci mətbuatdan eşitdik, bildik. Mətbuat düz edib, bunu yaydı, ictimailəşdirdi. Çünki belə halları gizlətmək, onlara göz yummaq lazım deyil. Onları əksinə tez bir zamanda yaymaq, işıqlandırmaq lazımdır".