Səmranın "Eurovision" tanıtım videosu + fotolar

12 Aprel 2016 18:00 (UTC+04:00)

Azərbaycanın "Eurovision-2016"dakı təmsilçisi Səmra Rəhimli müsabiqə üçün tanıtım videosunu təqdim edib. Movqe.az-ın məlumatına görə, bu videoçarx müğənninin müsabiqədəki çıxışından əvvəl nümayiş olunacaq. Bakıda çəkilən videoda İçərişəhər, Dənizkənarı Milli Park, Heydər Əliyev Mərkəzi və s. göstərilir.Qeyd edək ki, Səmra mayın 10-da müsabiqənin ilk yarımfinalda 14 nömrə altında çıxış edəcək.(axşam.az)