Toyunda qara geyindi

12 Aprel 2016 18:30 (UTC+04:00)

İnternetdə hazırladığı ana və uşaq bloquyla tanınan 25 yaşlı Sofi Kaşia toyunda digər gəlinlərdən fərqlənmək istəyib.


Movqe.az-ın xarici KİV-ə istinadən məlumatına görə, avstraliyalı qız oğlunun atası Jarid ilə ailə qurub. O, gəlinliyində ən sevdiyi rəng olan qaradan istifadə edib:


"Məndən toy günümdə niyə qara geyindiyimi soruşursunuzsa, səmimi şəkildə deyə bilərəm ki, çünki ürəyim belə istədi. Qara klassik rəngdir, həm də çox seksualdır".