Narazı kütlə Əhmədinejada hücum çəkdi

20 Aprel 2012 12:05 (UTC+04:00)
İran Prezidenti Mahmud Əhmədinejad ölkənin cənub bölgələrindən biri olan Bəndər-Abbas şəhərinə səfəri zamanı narazı kütlənin hücumuna məruz qalıb. Həvəskar video görüntüdə Əhmədinejadın maşın karvanının narazı insanlar tərəfindən əhatə olunduğu öz əksini tapıb.
Prezidentin avtomobil karvanını əhatə edən şəxslərdən biri əlində Ayətulla Xameneinin şəklini tutub. Digər bir şəxsin isə "mən acam, mən acam" dediyi eşidilir. Görüntüdə prezidentin mühafizəçilərinin özlərini itirdikləri gözdən yayınmır.
İranlı bir qız isə mühafizəçilərin əlindən qurtularaq prezidentin maşınının üstünə çıxıb. Burada o Mahmud Əhmədinejada nə isə deyib. Daha sonra qız avtomobilin üstündən düşüb.