Nokia Finlandiyadakı əsas mərkəzini satır

4 Dekabr 2012 18:42 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Finlandiyalı mobil telefonu istehsalçısı Nokia, ölkədəki əsas mərkəzini satışa çıxardığını açıqlayıb. Son illərdə xüsusilə ağıllı telefon bazarında rəqiblərindən geri qalan qalan və atdığı yeni addımları istehlakçılardan istədiyi reaksiyanı görə bilməyən cib telefonu istehsalçısı Nokia maliyyə çətinliklərini qarşılamaq üçün ofis satışıprosesində Finlandiyanın Espoosundakı ümumi mərkəzini satışa çıxardığını açıqlayıb. Şirkət əsas mərkəzi 170 milyon Avro (222 milyon dollar) qarşılığında satılacaq. Hamısı polad və şüşədən qurulmuş bina Baltik Dənizi kənarında yerləşir.
Binanın Finlandiyalı əmlak şirkəti olan Exilion tərəfindən satın alınacağı və Nokianın binanı uzun müddətli kirayəyə götürəcəyi deyilir.