ATƏT "üçlüyü" Berlində Dağlıq Qarabağı müzakirə edib

13 Aprel 2016 09:22 (UTC+04:00)

ATƏT "üçlüyü" Berlində Dağlıq Qarabağda olan vəziyyəti müzakirə edib. Movqe.az-ın məlumatına görə, bu barədə ATƏT "üçlüyü" bəyanat yayıb.


"Üçlüy"ə ATƏT-ə sədrlik edən ölkə, həmçinin ötən il və növbəti ilin sədr ölkələri daxildir. Hazırda ATƏT-ə Almaniya sədrlik edir, ötən il Serbiya sədr olub və 2017-ci ildə bu vəzifə Avstriyaya keçəcək. Görüşdə, həmçinin ATƏT-in baş katibi Lamberto Zanyer də iştirak edib.


"Üçlük" münaqişə tərəflərini "atəşkəs rejiminə əməl etməyə və zorakılığa son qoymağa" çağırıb və "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin olmadığını" qeyd edib.


"Üçlüy"ün bəyanatında deyilir ki, siyasi prosesin aktivləşməsi birinci dərəcəli əhəmiyyətə malikdir.