Allahşükür Paşazadə: “Qaregin mənimlə görüşə gəlmədi”

13 Aprel 2016 11:40 (UTC+04:00)

"Bu məsələlərdə patriarx Kirillə təşəkkür edirəm. Patriarx Qarabağ məsələsinin ədalətli həllinə tərəfdardır, bir rayonun olsa belə, qaytarılmasını istəyir. Cəbhədə baş verən son hadisələrdən sonra Qareginlə məni görüşdürmək istəyirdi. Lakin Qaregin görüşə gəlmədi".Movqe.az-ın məlumatına görə, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsində  (QMİ) şəhidlərin xatirəsinə həsr olunmuş tədbirdə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə söyləyib. QMİ sədri deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin siyasəti düzgün siyasətdir: "Başımızda əmmamə olsa da, bir əsgər kimi həmişə dövlət başçımızın yanındayıq".