Daha bir fransalı senator bəyanat yaydı, ermənilərin əleyhinə...

13 Aprel 2016 11:45 (UTC+04:00)

Fransa Respublikasının Ain bölgəsindən olan senator Silvi Qo-Şavan bəyanatla çıxış edərək ermənilər tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və yeddi ətraf rayonun ərazilərinin işğalı və mülki əhaliyə qarşı törədilən təcavüzü pisləmişdir.Senator bəyanatında bildirir ki, erməni silahlı qüvvələri illərdir Dağlıq Qarabağı və yeddi ətraf rayonu qanunsuz şəkildə işğal altında saxlayır. O, Ermənistanı davamlı olaraq həyata keçirdiyi təhriklərdən əl çəkməyə çağırır və BMT Təhlükəsizlik Şurasının erməni hərbi qüvvələrinin işğal edilmiş ərazilərdən geri çəkilməsi ilə bağlı qətnamələrə əməl edərək beynəlxalq hüquqa hörmət etməyi tələb edir.Bəyanatda senator Silvi Qo-Şavan Azərbaycanın birtərəfli qaydada atəşkəs elan etmək qərarını da alqışlayır, mülki əhalini, dinc sakinləri qadın və uşaqlara məhəl qoymadan qətlə yetirən Ermənistan ordusunun təcavüzkar əməllərini pisləyir və Ermənistan dövlətinə də atəşkəslə bağlı eyni addımı atmağın vaxtı yetişdiyini söyləyir.Senator sonda bəyan edir ki, Ermənistan ordusu tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsi və ona bitişik rayonlar Fransanın iqtisadi tərəfdaşı və terror əleyhinə mübarizədə mühüm müttəfiqi olan və sabitlik adası sayılan Azərbaycan Respublikasının ərazisidir. Ermənistan ordusu dərhal və heç bir qeyd-şərtsiz həmin ərazilərdən çıxarılmalıdır.