Bu dünya ulduzları Bakıya gəlir

13 Aprel 2016 13:00 (UTC+04:00)

Bakıda keçiriləcək Formula-1 üzrə Avropa Qran Prisinin konsert proqramında iştirak edəcək dünya ulduzlarının adları açıqlanıb.


Movqe.az "Report"a istinadən xəbər verir ki, konsert proqramında Kris Braun, Enrike İqlesias və Farrell Uilyams iştirak edəcək.


Onlar Formula-1 şəhərciyində xüsusi olaraq qurulmuş əsas səhnədə axşam saatlarında müvafiq ardıcıllıqla çıxış edəcəklər. 


İyunun 17-də Kris Braun, iyunun 18-də Enrike İqlesias, iyunun 19-da isə Farrell Uilyamsın çıxışı olacaq.


Konsertə giriş ödənişsizdir. Proqramda yalnız Avropa Qran Prisinə bilet alanlar iştirak edə biləcəklər.