Putinlə canlı yayımın əsas mövzularından biri Dağlıq Qarabağdakı vəziyyət ola bilər

13 Aprel 2016 13:36 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putinlə canlı yayımın əsas mövzularından biri Dağlıq Qarabağdakı vəziyyət ola bilər.Movqe.az-ın apa-ya istinadən məlumata görə, bu fikri rusiyalı politoloqlar səsləndiriblər.Siyasi ekspertlərin fikrincə, canlı yayımda prezidentə ünvanlanacaq sualların əsas hissəsi Rusiyanın daxili iqtisadi problemlərinə aid olacaq. Xarici siyasət məsələlərinə gəldikdə isə bu, ikinci plana keçəcək. Rusiyalıları Suriyadakı vəziyyət, Qərb, o cümlədən ABŞ-la münasibətlərə dair mövzular maraqlandırır.İqtisadi və siyasi islahatlar mərkəzinin rəhbəri Nikolay Mironov Dağlıq Qarabağ münaqişəsinin canlı yayımda birmənalı müzakirə olunacağını söyləyib: "Hesab edirəm ki, bu mövzuya prezident toxunacaq, Rusiyanın nə etməyə hazırlaşdığını izah edəcək".Milli Strategiya İnstitutunun prezidenti Mixail Remizov da Dağlıq Qarabağ mövzusunun Ukrayna məsələsini geridə qoyduğunu iddia edib: "Ukrayna haqqında hakimiyyət artıq çoxdandır ki, heç nə demir. İndi aktual mövzu Dağlıq Qarabağ olacaq. Qarabağ mövzusu mütləq səslənməlidir, çünki bu ilin aprelin əvvəlində Dağlıq Qarabağda 1994-cü ildən ən genişmiqyaslı qarşıdurma oldu".Strateji Kommunikasiya Mərkəzinin prezidenti Mixail Abzalov da Dağlıq Qarabağ münaqişəsinin aktual mövzuya çevrildiyini bildirib. Qeyd edək ki, Vladimir Putinlə canlı yayım aprelin 14-də keçiriləcək.