"Fitch": Azərbaycan manatının məzənnəsi il ərzində sabit olacaq

13 Aprel 2016 14:17 (UTC+04:00)

Azərbaycanda milli valyutanın məzənnəsi yaxınmüddətli perspektivdə - 6-12 ay ərzində sabit qalacaq.Movqe.az-ın məlumatına görə, bunu Bakıda" Fitch" beynəlxalq reytinq agentliyin maliyyə təşkilatları üzrə analitik qrupun direktoru Dmitri Vasilyev Azərbaycan üzrə beşinci illik görüş çərçivəsində jurnalistlərə deyib.Onun sözlərinə görə, neftin qiymətlərinin aşağı səviyyədə nə qədər çox qalmasından, hökumətin buna cavabından (neftin ucuz qiymətlərinə cavab olaraq hansı addımlar atılacaq) çox şey asılıdır.