Səddam Hüseynin sarayı muzeyə çevrilir

13 Aprel 2016 16:45 (UTC+04:00)

İraqın eks-prezidenti Səddam Hüseynin Bəsrə şəhərindəki prezident sarayı muzeyə çevriləcək.


Movqe.az report-a isinadən bildirir ki, muzey sentyabr ayında açılacaq və muzeydə 4 min eksponatın olacağı gözlənilir.


Belə muzeyin yaradılması təşkilatçılara 3,5 milyon dollara başa gələcək.