Bakıda keçiriləcək
Formula 1 üzrə Avropa Qran Prisinə hazırlıq işləri yekunlaşmaq
üzrədir.Movqe.az xəbər verir ki, bu barədə jurnalistlərə
açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin
Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai
bildirib.Qran Priyə təxminən 2 ay vaxt qaldığını bildirən
N.Arpadarai asfalt qatının tam olaraq salındığını deyib: "Yalnız
Hökumət evi ilə üzbəüz olan sahə qalıb. Tribunaların, təhlükəsizlik
baryerlərinin quraşdırılması nəzərdə tutulub".N.Arpadarai bilet
satışı haqda da məlumat verib. O bildirib ki, biletlərin 65 faizi
xaricdən alınıb və bu da gözəl göstəricidir.BŞH rəsmisi Qran Pri
üçün 12 min könüllünün müraciət etdiyini söyləyib: "Elan etmişdik
ki, bizə 5 min könüllü lazımdır. Ancaq bu say 12 minə çatdı.
Onların hamısı yerli könüllülərdir. Könüllülərlə yanaşı marşallar
da var. Marşalların rolu çox önəmlidir. Məsələn, tras boyu dayanıb
bayraqlar vasitəsilə işarə edirlər, qəzada kömək göstərirlər. Cəmi
min nəfər marşal olmalıdır ki, bunların 300-ü xaricdən gələcək.
Marşal olmaq üçün xüsusi lisenziya olmalıdır. Onlar müəyyən
təlimlərdən keçirlər. Bu lisenziya alan marşal istənilən ölkədə
keçirilən yarışda iştirak edə bilər".N.Arpadarai qəzaya düşən
Avropa Qran Prisinin elçisi Fernando Alonsonun vəziyyətinin yaxşı
olduğunu söyləyib: "Alonso yalnız Bəhreyn Qran Prisində iştirak edə
bilmədi. Onunla orada görüşmüşdük. Ümid edirik ki, vəziyyəti
yaxşılaşıb. Çin Qran Prisində də iştirak edə biləcək. O, bu prosesə
kifayət qədər hazırdır. Əlbəttə, Alonsonun qəzası ciddi idi. Ancaq
əminəm ki, pilotlar bu cür qəzalara hazırdır və bundan sonra da
yarışlara qatılırlar. İyunda Alonsonu Bakıda gözləyirik və əminik
ki, Avropa Qran Prisində iştirak edəcək".Qeyd edək ki, Formula 1
üzrə Avropa Qran Prisi 17-19 iyunda keçiriləcək.(goal.az)