İngiltərə körpəsi qızdır, yoxsa oğlan?

5 Dekabr 2012 11:18 (UTC+04:00)

Movqe.az xəbər verir ki, İngiltərənin ən əhəmiyyətli gündəm maddələrindən biri, Şahzadə Villiam ilə həyat yoldaşı Kate Middletonun gözlədiyi körpədir.

Dünən rəsmi olaraq açıqlanan hamiləlik xəbəriylə ölkə sevinc yaşarkən, Kate Middletonun ürək bulanmaları səbəbiylə xəstəxanaya aparılması hadisəyə çevrilib. Mətbuat, xəstəxananın qarşısında düşərgə qurub Şahzadə ,Villiamın görüntüləyib. 

Bütün ölkənin gözlədiyi İngilis taxtının Şahzadə Villiamdan sonrakı varisinin cinsiyyəti və adı da gündəmdədir. Morph Thing internet saytında doğulacaq körpənin görünüşüylə əlaqədar təxmini şəkillər yerləşdirilib. 

Körpənin adının nə olacağı mövzusunda indidən mübahisələr gedir. Ən şanslı ad Elizabetdir. Daha sonrakı sıralarda Frances, John, Charles, Diana, Ana, Ceyms, Corc, Mary, Philip, Richard, Edward, Catherine, Sarah, Spencer , Andrew, David, Jessica, Victoria və Aleksandr adları gəlir.