Dünyanın ən yaşlı insanı vəfat etdi

5 Dekabr 2012 15:45 (UTC+04:00)
Movqe.Az bildirir ki, "Guinness" rekordlar kitabına "dünyanın ən yaşlı insanı" olaraq girən 116 yaşlı amerikalı qadın dünyasını dəyişib. ABŞ-ın Corciyan əyalətinin Monroe şəhərindəki qocalar evində qalan Besse Kuperin dünən günortadan sonra öldüyünü oğlu Sidni Kuper xəbər verib. Kuper verdiyi müsahibəsində, anasının son zamanlarda mədəsindən şikayət etdiyini, iki gün əvvəl də nəfəs almaqdan əziyyət çəkdiyini, ancaq bütün səylərə baxmayaraq anasını itirdiklərini bildirib. Besse Kuperə keçən ilin yanvar ayında "dünyanın ən yaşlı insanı" adı verilib. Kuperin vəfat etməsinin sonra "dünyanın ən yaşlı insanı" adı Iouada yaşayan 115 yaşılı Dina Manfrediniyə keçdiyi bildirilib.