Kraldan Obamaya təşəkkür məktubu

5 Dekabr 2012 15:51 (UTC+04:00)
Movqe.Az bildirir ki, Səudiyyə Ərəbistan Kralı Abdullah Min Əbdüləziz əl-Səid, keçirdiyi əməliyyat səbəbiylə ona şəfa diləmək üçün məktub göndərən ABŞ Prezidenti Barak Obamaya təşəkkür edib. Obamanın göndərdiyi məktub ölkə mətbuatında geniş yer alıb. Kral, Obamaya göndərdiyi cavab məktubunda, "Keçirmiş olduğumuz müvəffəqiyyətli əməliyyat münasibəti ilə sizin və yoldaşınızın təbrik mesajını aldım. Gözəl duyğularınız və səmimi sözləriniz üçün təşəkkür edirik. İki dost ölkə və xalqlar arasında mövcud dərin tarixi bağları təqdir edirik. İki ölkə arasındakı əlaqələri bütün sahələrdə irəliyə daşımaq, bütün dünyada sülh və təhlükəsizliyi artırmaq üçün birlikdə işə əhəmiyyət veririk." deyib.