Dünyanın ən uzun qadını dünyasını dəyişib
5 Dekabr 2012 17:31 (UTC+04:00)
Movqe.Az bildirir ki, Çində 2,33 metr
boyuyla 2010-cu ildə "dünyanın ən uzun qadını" olaraq "Guinness"
rekordlar kitabına düşən çinli Yao Defen vəfat edib. Çinin
şərqindəki Anhui əyalətinin Şuça qəsəbəsində yaşayan Yaonun ölüm
səbəbi haqqında məlumat verilməyib. Qəsəbə səlahiyyətlilərinin
verdiyi müsahibəsinə görə, Yaonun keçən ayın ortalarında öldüyünü
söylənilib. Öldüyü zaman Yaonun 40 yaşı olduğu və hipofiz bezindi
bir şiş səbəbiylə boyunun bu qədər uzun olduğu qeyd edilib.
Anhuidəki bir qəzet, Yaonun 13 noyabrdada öldüyünü, öldüyündə
boyunun 2,36 metr olduğunu bildirib. Qəzet, çinli qadının 15
yaşında boyunun 2 metri keçdiyini də yazıb.