"Playboy"un rəhbəri evlənir

5 Dekabr 2012 18:30 (UTC+04:00)
Movqe.Az bildirir ki, "Playboy" jurnalının qurucusu Hyuc Hefner, "qaçaq gəlini" Krista Harris ilə bu dəfə həqiqətən evlənəcək. 86 yaşlı Hyuc Hefner ilə 26 yaşlı Harris əslində 1 iyun 2011-ci ildə ailə həyatı quracaqdı. Ancaq planlar alt-üst olub. Belə ki, Harris toydan qısa bir müddət əvvəl ailə qurmaqdan imtina edib. Hefner ilə birlikdə yaşadığı malikanəni tərk edib. Bir müddət sonra, "Onsuz yaşaya bilməyəcəyimi anladım." deyərək 86 yaşlı nişanlısına geri dönüb. Cütlük, 2013-cü ilin ilk aylarında evlənməyi planlaşdırırlar. Mətbuat aləmində, Kristal Harrisin özündən bu qədər böyük, babası yaşındakı Hefnerlə evlənməsinin tək səbəbinin "pul" olduğu dedi-qoduları gəzir. Ancaq bu söz-söhbətlərə qarşı çıxıb Hefnerin bu qədər "saf" olmadığını söyləyənlər də var. Hefnerin sərvətini möhkəm qoruduğunu, Harrisin onunla ailə qurmaqda tək məqsədi pul belə olsa, sərvəti ələ keçirə bilməyəcəyini söyləyirlər. Xatırladaq ki, Hefnerin iki evliliyindən 4 uşağı da var.