Öldürməyən avtomobil yaradılacaq

5 Dekabr 2012 19:15 (UTC+04:00)
Movqe.Az bildirir ki, "Volvo" 2020-ci ildə bazara çıxaracağı avtomobili ilə qəzalarda piyada ölüm nisbətini sıfıra endirməyi hədəfləyir. "Volvo"nun bu iddialı modeli kaputuna yerləşdirilən hava yastığı ilə piyada ölümünə maneə törədəcək. "Volvo"nun beynəlxalq əlaqələr müdiri Anders Eucensson, "Bu avtomobildə insan və digər obyektlərə toqquşmaya maneə törədən yüksək texnologiya sensorlar olacaq. 2020-ci ildən etibarən heç kəs "Volvo"nun vurması nəticəsində ölməməlidir." deyib. Bu texnologiyanın hamısı ilə olmasa da, bəzi xüsusiyyətləriylə "Volvo"nun 2013-cü ildə bazara çıxacaq "V40" modelində tanış olacaqsız. "Volvo"nun 2014-cü ildə yenilənərək təkrar satışa çıxacaq olan "S40" modelində də bu yüksək texnologiyada sensor sistemi olacaq.