Merkel: "Yaşlanırıq, gələcəyimiz immiqrantlarla bir yerdə yaşamaqdan asılıdır"

5 Dekabr 2012 17:44 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Almaniya baş nazir Angela Merkel, ölkənin gələcəyinin yerli və köçəri cəmiyyətin bir yerdə yaşamasına bağlı olduğunu deyib.  Merkel, "İnsanların hansı etnik mənşədən və ictimai sinifdən gəldiklərindən asılı olmayaraq bərabər uğur əldə edib dinclik və güvən içində yaşamalılar" deyib. Nümayəndələrin dəqiqələrlə ayaqda alqışladığı Baş nazir Angela Merkel, "CDU"nun ümumi rəhbərliyinə yenidən seçilib. Çıxışında Almaniyanın sənaye və sənaye ölkəsi olduğuna diqqəti çəkən Merkel, iş bazarında meydana gələcək ixtisaslı işçi çatışmazlığı üçün xarici ixtisaslı iş gücünə ehtiyac olduğunu bildirib.