NATO Türkiyənin Patriot tələbinə müsbət cavab verib
5 Dekabr 2012 18:17 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, NATO xarici işlər nazirləri Türkiyənin
Patriot mərmisi tələbinə müsbət cavab verib. Patriot mərmi
batareyalarının Almaniya, Hollandiya və Amerika Birləşmiş Ştatları
tərəfindən təmin edilməsi gözlənilir. Ankara NATO-nun qərarının
Türkiyə tərəfindən məmnuniyyətlə qarşılandığını ifadə edib.
Brüskseldəki yığıncaqda Türkiyəni xarici işlər naziri Əhməd
Davudoğlu təmsil edib. NATO rəhbəri Anders Rasmussen, Suriya
rejiminin kimyəvi silahlarını istifadə edə biləcəyi istiqamətindəki
xəbərlər səbəbiylə son dərəcə narahat olduqlarını söyləyib.
Rasmussen Türkiyəyə yerləşdiriləcək Patriot mərmilərinin NATO-nun
mərmi müdafiəetmə sisteminin bir parçası olmadığını
vurğulayıb."Bunun qətiliklə aydın olab - olmamasını istəyirəm. Bu
sistem yalnız müdafiəetmə məqsədli olacaq. Heç bir şəkildə bölgəyə
tətbiqi, ya da hər hansı bir hücum əməliyyatını dəstəkləyici
istiqamətdə istifadə edilməyəcək".
Rusiya, Suriya və İran isə bölgədəki qeyri - sabitliyin artıracağı
səbəbiylə NATO-nun qərarını tənqid edib.
Türkiyəyə patriot sövqiyyatı ilə bağlı 14 dekabrda Almaniya
Parlamenti və Hollandiya Nazirlər Kabinetindəki səs vermələr
ediləcək. Diplomatik qaynaqlar isə Patriot mərmilərinin Türkiyəyə
yerləşdirilməsinin bir neçə həftə ala biləcəyini bildirirlər.