BMT-nin baş katibi Azərbaycana gəlir

5 Dekabr 2012 18:58 (UTC+04:00)
BMT baş katibi Pan Gi Mun Azərbaycana səfər edəcək. Bu barədə APA-ya diplomatik mənbələrdən bildirilib. Məlumata görə, səfərin dekabr ayının üçüncü ongünlüyündə gerçəkləşməsi gözlənilir.
Səfər zamanı P. G. Munun BMT-nin Azərbaycan Nümayəndəliyinin Bakıda yerləşən, yenidən təmir olunmuş inzibati binasının açılışında, həmçinin digər tədbirlərdə iştirak edəcəyi gözlənilir. Baş katibin Azərbaycan rəsmiləri ilə görüşləri də nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan hazırda BMT-nin Təhlükəsizlik Şurasının qeyr-daimi üzvüdür.