"Millət buna göz yuma bilməz"
6 Dekabr 2012 08:09 (UTC+04:00)
Dünya Azərbaycanlıları
Konqresinin Bakı ofisində konqres üzvləri
və fəalların iştirakı
ilə "Azərbaycan
Respublikası ilə Cənubi Azərbaycan arasında əlaqələr və perspektivlər"
mövzusunda müzakirələr keçirilib. Bölgədə baş verən mühüm siyasi
hadisələr fonunda Cənubi Azərbaycanda yaşayan 35 milyon
azərbaycanlının taleyinin
nəzərə alınmaması və problemlərinin
həllini tapmaması kimi
məsələlər əsas müzakirə mövzusu olub.
DAK-ın sədri
Sabir Rüstəmxanlı bildirib ki,
XXI-ci əsrdə 50 milyonluq
xalqın gündən-günə hər sahədə assimilyasiyaya uğramasına, varlığının danılmasına, öz
dilində danışmağa qadağa qoyulmasına xalq göz yuma
bilməz".