Antimilli QHT-lər hələ də xəbis fəaliyyətlərindən əl çəkmirlər

6 Dekabr 2012 12:25 (UTC+04:00)

Vətəndaş cəmiyyətinin aparıcı institutları hesab olunan qeyri-hökumət təşkilatları (QHT) üçün Azərbaycanda hər cür şərait yaradılıb desək, yanılmarıq. Prezidentin sərəncamı əsasında yaradılan QHT-lərə Dövlət Dəstəyi Şurası hər il xeyi sayda QHT-nin layihəsini dəstəkləyir.

Düzdür, ölkədə 3 mindən çox QHT-nin olduğunu nəzərə alsaq, onların hamısının bütün layhiələrinin eyni vaxtda dövlət tərəfindən dəstəklənməsi mümkünsüz görünür. Bundan başqa nbəzi QHT-lər var ki, onlar daha çox xarici donorlarla əməkdaşlıq edirlər və onların fəaliyyətləri, milil və dövlətçilik maraqlarına bağlılıqları zaman-zaman tənqid hədəfinə çevrilib.

Bəzi məlumatlara görə, il ərzində ölkə QHT-lərinə yerli və xarici donorlar tərəfindən 50 milyon manata yaxın pul ayrılır. Təkcə, Azərbaycandakı dövlət qurumları tərəfindən vətəndaş cəmiyyətinə 15-20 milyon manata yaxın vəsait ayrılır. Bu fonda isə bəzi QHT-lərin xarici ölkələrin, antimilli qüvvələrin xəfiyyələri rolunda çıxış etmələri də heç kəsə sirr deyil. Belə QHT-lər təssüf ki, daha aktiv fəaliyyət göstərirlər. Ölkədə yalnız problemləri axtaran, narazıların fikirlərinə əhəmiyyət verən, iqtisadi inkişafı, demokratik mühiti görməzlikdən gələn belə təşkilatlar ölkəmizə qarış olan beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir, digər təşkilatları "hakimiyyətə işləmək"də ittiham edirlər.

QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov qəzetimizə açıqlamasınla bildirdi ki, Azərbaycanda hazırda 3 mindən artıq QHT mövcuddur: "Onlardan təxminən 700-ü gündəlik fəaliyyət göstərir. Bir çoxları fəaliyyət göstərə bilmirlər, maliyyə imkanları, işçilərinin olmaması gündəlik fəaliyyət göstərmələrinə maneə olur. Əslində Azərbaycanda QHT-lərin sayı əhalinin sayına nisbətdə o qədər də çox deyil. Gürcüstanda əhalinin sayı Azərbaycandakından az olmasına baxmayaraq həmin ölkədə QHT-lərin sayı 10 mini keçib. 9 milyon əhalisi olan ölkə üçün 3 min QHT-nin olması o qədər də çox deyil".

Milli və dövlətçilik maraqlarının əleyhinə fəaliyyət göstərən QHT-lərin olmasına gəlincə, ekspert hesab edir ki, 5-10 il bundan öncəki vəziyyətlə müqayisədə bu gün antimilli QHT-lərin sayı o qədər də çox deyil: "QHT-lərə Dövlət Dəstəyi şurası, Gənclərə Yardım Fondu kimi qurumlar yaradılandan sonra müxtəlif antimilli qüvvələrdən açıq və gizli maliyyə alıb fəaliyyət göstərən QHT-lərin sayı azalıb. Bu gün əsas problem insan haqları və demokratiya sahəsində fəaliyyət göstərən hüquq müdafiə təşkilatları ilə bağlıdır. Həmin təşkilatlar müxtəlif beynəlxalq səviyyəli hesabatların hazırlanmasında iştirak edirlər. Xüsusilə də, siyasi məhbus məsələsində hakimiyyətlə QHT-lərin maraqları toqquşur. Hakimiyyət nümayəndələri hesab edirlər ki, Azərbaycanda siyasi məhbus yoxdur. Bəzi hüquq müdafiə təşkilatları isə hətta qatı cinayətkarların adlarını da siyasi məhbus siyahısına salırlar. Onlar bir sıra beynəlxalq təşkilatların Azərbaycan əleyhinə qərar, qətnamə qəbul etmələrinə nail ola bilirlər. Bu arzuolnun fəaliyyət sayıla bilməz. Düşünürəm ki, yaxın gələcəkdə belə təşkilatların sayları daha da azalacaq. Dövlətin maliyyə imkanları artıqca onunla əməkdaşlıq, birgə çalışmaq istəyən təşkilatların sayı da artacaq. Eyni zamanda Azərbaycanda milli və dövlətçilik maraqlarına hörmətlə yanaşan QHT-lər yaxın gələcəkdə beynəlxalq təşkilatlarla əməkdaşlıq edəcəklər".

Milli maraqlara zidd fəaliyyət göstərən QHT-lərin fəaliyyətinin məhdudlaşdırılmasına gəlincə, R.Qonaqov bildirdi ki, hakimiyyət hansısa QHT-nin fəaliyyətini dayandırmaqda maraqlı deyil: "Qeyri-hökumət təşkilatları, fondlar haqqında" qanunda hansısa QHT-nin fəaliyyətinin dayandırılmasının qaydaları, yolları öz əksini tapıb. Düşünürəm ki, belə QHT-lərin fəaliyyətini dayandırmağa heç ehtiyac da yoxdur. Zaman özü həmin təşkilatları düzgün mövqeyə gəlməyə vadar edəcək".

R.QAÇAYOĞLU