Rusiyada jurnalist öldürüldü

6 Dekabr 2012 12:33 (UTC+04:00)

Nalçikdə Kabardin-Balkar Respublikası Dövlət Teleradio Şirkətinin əməkdaşı Kazbek Gekkiyev öldürülüb.
Lent.az-ın "Lifenews"a istinadən verdiyi məlumata görə, 28 yaşlı reportyor şəhərin Kirov küçəsində qətlə yetirilib.
Məlumata görə, cinayətkar Gekkiyevə bir neçə güllə vurublar. Qatillər avtomobilə minərək hadisə yerindən qaçıblar. Gekkiyev yerindəcə keçinib.
Hadisə yerindən 9 mm kalibrli patron gilizləri tapılıb. Hücum edənlərin 2 nəfər olduğu bildirilir.